Haqqımızda
"FBF LLC" alman texnologiyası ilə azərbaycanda yüksək keyfiyyətli yuyucu vasitələrin istehsalı ilə məşğul olan və dinamik sürətdə inkişaf edən bir şirkətdir. Şirkətimiz "KOLBER" və "ORVE" markası adı altında sənaye, avtomobil, ev və digər sahələr üçün yuyucu vasitələr, təmizlik vasitələri istehsal edir. Bu çeşidlərin hər birinin spesifik xüsusiyyətləri var.
ORVE – markası, yuyucu vasitələr (qab şampunları, maye sabunlar və təmizlik vasitələrinin) istehsalı ilə məşğuldur. İstehsal olunan mahsullar müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda sınaqdan keçirilərək, müştərilərə təqdim edilir. Məhsul istehsal edərkən ekoloji təsirlərin nəzərə alınması işin əsas prinsipidir.
KOLBER – markası, avtomobillərin üzəri üçün fərqli çeşidlərdə yuyucu vasitələr və təmizlik vasitələrinin istehsalı ilə məşğuldur. Bunlara aşağıdakıları misal göstərmək olar: Avtomobili yumaq üçün şampunlar, avtomobilin mühərrikinin daxili və xarici təmizliyini üçün vasitə, şüşə və güzgü təmizləyici, disk təmizləyici, avtomobilin salonu üçün kimyəvi təmizləyici, şit qaraldıcı, təkər qaraldan və s. kimi vasitələr.
FBF COMPANY - nin məqsədi yüksək keyfiyyətli məhsul istehsal edərək, ölkə iqtisadiyyatına öz tövhəsini verməkdir. Müştərilərə keyfiyyət və çeşid zənginliyi baxımından tam xidmət göstərmək şirkətin əsas prinsiplərindəndir.
Biz yeni məhsul çeşidləri ilə öz istehsal proqramımızı zənginləşdirərək sistematik şəkildə inkişaf etdiririk. Yüksək istehsal texnologiyası bizimlə əməkdaşlığın etibarlılığını sübut edir.